Aktrisa hər kəsin gözü qarşısında elə bir hərəkət etdi ki... - video

Aktrisa hər kəsin gözü qarşısında elə bir hərəkət etdi ki... - video
2549 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün San-Diyeqoda “Kinqsman: Qızıl üzük” (“Kingsman: The Golden Circle”) filiminin təqdimetmə mərasimi keçirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, filmin mətbuat konfransında maraqlı anlar yaşanıb.

Belə ki, jurnalistlərdən biri ekran işində baş rolda oynayan aktrisa Holli Berriyə sual verib.

Aktrisa sualın qəliz olduğunu və cavab vermək üçün içmək gərəkdiyini vurğulayıb.

Bu zaman həmkarları və zalda oturan mətbuat işçiləri Hollini dəstəkləyərək “İç” deyiblər.
Əvvəlcə qərarsız olan Berri sonra bir dolu stəkan viskini bir neçə saniyəyə içib.

Qeyd edək ki, filmə Çeninqton Tatum, Culiana Mur, Helin Ferton kimi məşhur simalar da çəkilib.