"Paxıllığımı çəkib, məni təkrarlamağa çalışanlar..." - Namiq

"Paxıllığımı çəkib, məni təkrarlamağa çalışanlar..." -  Namiq
2265 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Namiq Fərhadoğlunun "Köklə sazı 6" verilişinin növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi verilişdə bu dəfə münsif kürsüsündə xalq artisti Teymur Mustafayev, şairə Fatimə Vəfa, aşıqlar İlham və Namiq Fərhadoğlu əyləşib.

13 aşığın yarışdığı proqramda bu dəfə də maraqlı anlar yaşanıb. 

N.Fərhadoğlu bildirib ki, onun bu layihəsini digər telekanallar oğurlayıb:

"Bəzi kanallar da bizə baxıb yarışma etmək istəyirlər. İzlə gedənin izi qalmaz. Bu izi mən salmışam. Aşıqlarla bağlı yarışmanı mən etmişəm, davamı da gələcək. Söz vermişəm ki, onuncu buraxılışa qədər yarışmanı keçirəcəm. Mənim paxıllığımı çəkib, təkrarlamağa çalışanlar, siz ancaq bir buraxılış edə bilərsiniz.

Hazırda isə şairlərlə bağlı yarışma etməyi planlaşdırıram".

T.Mustafayev "Bu layihələr xalqımızın ürəyincədir. Sponsorsuz, heç kimdən kömək gözləmədən belə layihə edirsiniz. Sənətə dəstəyi alqışlayıram" deyib.

Qeyd edək ki, "Köklə sazı 6" həftənin çərşənbə günü saat 22:00-da "Lider" telekanalında yayımlanır.