Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı - fotolar

Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı - fotolar
16489 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.

Axşam.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bu gün “Beş mərtəbə” dairəsi yaxınlığında baş verib. Belə ki, idarə etdiyi “BMW” markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə müdaxilə edən sürücü Anar Şükürov tutulub.

Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX həriflərinin əvvəlinə flomasterlə “S” hərfini artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub.

Belə ki, o, bu hərəkəti ilə nömrə nişanını standartdan kənar vəziyyətə gətirib. EX seriyasını “SEX” kimi göstərən sürücü saxlanılaraq avtomobili cərimə meydançasına salınıb.