"Dünyanın ən yaraşıqlı məhbusu" sevgilisi ilə öpüşərkən - fotolar

"Dünyanın ən yaraşıqlı məhbusu" sevgilisi ilə öpüşərkən - fotolar
7751 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən yaraşıqlı məhbusu sayılan model Ceremi Miks yeni sevgilisi Xloe Qrinlə yenə də gündəmə gəlib.

Axşam.az Dailymail-ə istinadən xəbər verir ki, "Top Shop" mağazalarının varisi ilə münasibətdə olan Ceremi həyat yoldaşından boşanmaq ərəfəsində olsa da, vaxtını Xloeyə həsr edir.

Los-Ancelesdə alış-veriş mərkəzində görüntülənən sevgililər heç kəsə əhəmiyyət vermədən qucaqlaşaraq öpüşüblər. Amerikalı məhbus mağazada fotolar çəkdirərkən obyektivlərə tuş gəlib.

Qeyd edək ki, əvvəlki nikahından 3 övladı olan Ceremi məhbus həyatı yaşayarkən şəkilləri sosial şəbəkədə yayılmış, bundan sonra məşhurlaşaraq model fəaliyyətinə başlamışdı.