Məleykə Əsədova istirahətdə: "Ürəyimlə birlikdə..." - fotolar

Məleykə Əsədova istirahətdə: "Ürəyimlə birlikdə..." -  fotolar
14998 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Məleykə Əsədovanın İspaniyada istirahət etməsi ilə bağlı xəbər vermişdik. 

Axşam.az-ın məlumatına görə, Barselonaya gedən aktrisa yeni fotolarını sosial şəbəkədə paylaşaraq yaşıllığı və dənizi çox sevdiyini yazıb:

"Dənizi çox sevirəm. Bir sual doğa bilər ki, dənizi sevirsənsə, bağın niyə yoxdur? Dənizi sevmək üçün bağ olmasa da, olar. Bəli, bağım yoxdur. Şəhərdə olanda gözəl Xəzər dənizimə saatlarla baxıram. Həmişəki kimi yenə də dəniz gəzintisində ürəyimlə birlikdə...

Gülərim üzməyi çox sevir. Hələ keçən ilki qaralmağı getməmiş yenə qaralacaq. Onun sevinci mənim üçün yaşamaqdır. Mənim şirin, qara qızım. Allah bütün övladlara can sağlığı versin. Bircə qızımı da mənə çox görməsin. Allahdan can sağlığı və ruzi istəyirəm ki, gözəl qızımı həmişə sevindirə bilim".