Çimərlikdə daha da cazibədar görünməyin yolları

Çimərlikdə daha da cazibədar görünməyin yolları
3326 dəfə oxunub
  • A-
  • A
  • A+

Çimərlik mövsümü yaxınlaşarkən xanımları narahat edən məsələlərdən biri də ilin dəbinə uyğun görünmək və başqalarından fərqlənməkdir.

Axşam.az “Vogue” jurnalına istinadən 2017-ci ilin çimərlik dəbini təqdim edir:

Manikür:

Bu il çimərliyə gedərkən daha çox limon yaşılına uyğun manikür etməyiniz məsləhətdir. Klassik rəngli dırnaq boyalarınızı geridə qoyun və dırnaqlarınızı yaya hazırlayın.

Makiyaj:

Əlbəttə ki, çimərlikdə makiyajlı görünməyiniz bir az xoş olmaya bilər. Amma kiçik hiylə ilə təravətli görünmək heç də pis fikir deyil. “Waterproof» (suyadavamlı) bir tuj kirpiklərinizi daha uzun göstərərək sizə seksual obraz qata bilər.

Nəm saçlar

Saçlarınızı müxtəlif vasitələrlə formaya salın və nəm olduğunu göstərəcək ab-hava yaradın. Unutmayın ki, arxaya daranmış nəm görünüşlü saçlar qadınları ən seksual göstərən məqamlardan biridir.

Tropik tonlar:

Sadəcə dəniz kənarında deyil, gecə keçirilən əyləncələrdə də fərqlənməyə çalışın. Bunun üçün tropik tonlar ən gözəl seçim ola bilər. Həm geyiminizdə, həm də makiyajınızda bunu nəzərə almağı unutmayın.

Vücud yağları:

Çimərliyə gedərkən dərinizi inanılmaz dərəcədə cazibədar göstərən parıltılı yağlar aparmağı unutmayın. Bunun üçün bir sıra markaların keyfiyyətli məhsullarına üstünlük verə bilərsiniz.

Vücud yoqası:

Yoqa gözəllik və sağlamlıq üçün lazım olan başlıca meyarlardandır. Çimərlik zövqünüzü yoqa ilə birləşdirərək suyun içində idman hərəkətləri edin və daha da diqqətçəkici olun.
 
Dəriyə qulluq:

Dərinizə lazım olan diqqəti göstərməsəniz, növbəti günə solğun üzlə oyanacaqsınız. Günəşdən qoruyucu kreminiz, müxtəlif müalicə üsulları və çimərlik sonrası baxımlar daha hamar dəri üçün vacib elementlərdir.