"Onlara yazığım gəlir" - Gülay

"Onlara yazığım gəlir" -  Gülay
4044 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynallı özünə qadağa qoyub.

Axşam.az-ın məlumatına görə, sənətçi bundan sonra hər tədbirə və proqrama getməyəcəyini söyləyib.

Gülay "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, bu özündnrazılıq deyil:

"Görürəm ki, mən o auraya düşə bilməyəcəm. Fikirləşəcəklər ki, Gülay gəldi, qanıqara oldu getdi. Əslində isə ab-havaya alışmıram. Elə məqam olur ki, görürəm sadəliyə yer yoxdur. Özündən razılıq etmirəm. Həmin anı birdə təkrarlamaram, mənə yuxarıdan aşağı baxanların yanında bir də olmaram və onlardan heç nə istəmərəm. 

Üzümə o qədər can deyib, arxada danışanlar var ki... Bunlar məni narahat etmir, onlara yazığım gəlir.

Hansısa verilişə çağrılanda qonaqlara, mövzuya baxıram. Hər şey yüksək səviyyədə olanda, gedib mahnını oxuyub gəlirəm. İnsan qazandığı hörməti saxlamaq istəyir".