Kənan istirahətinə mane oldu

Kənan istirahətinə mane oldu
2425 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Sinem Kobal rəfiqəsi Burçin Terzioğlu ilə gözəllik salonundan çıxarkən görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kobal media nümayəndələrinin suallarını cavablandırıb.

Aktrisa bildirib ki, həyat yoldaşı Kənan İmirzalıoğlunun işlərinə görə bu yay istirahətə gedə bilməyib:

"Kenanın yeni filmi var. Buna görə də gedə bilmədik".

Burçin isə tətilə sevgilisi İlker Kaleli ilə yollandığını söyləyib.