Dənizdən çıxarkən yaş saçlara forma verməyin 7 üsulu

Dənizdən çıxarkən yaş saçlara forma verməyin 7 üsulu
2776 dəfə oxunub
  • A-
  • A
  • A+
Dənizdən çıxarkən xanımların ən böyük problemlərindən biri də saçlarına forma verməkdir.

Axşam.az xarici mətbuata istinadən, yaş saçlara edə biləcəyiniz 7 saç düzümünü təqdim edir.

1. Yüksək topuz

Sudan çıxdıqdan sonra nəm saçlara forma verməyin ən gözəl üsulu bərk yığılmış topuzdur. Heyli Balduin də yaş saçlarına stil vermək üçün topuzdan istifadə edən məşhurlar siyahısındadır.
 
2. Hörük

Saçlarınızı və sizi gözəl göstərəcək nüanslardan biri də hörükdür. İstər yaş, istərsə də quru saçlarınızı hörsəniz, çimərlik stilinizi tamamlamış olarsınız.

3. Təbii dalğalar

Duzlu suyun təsirindən daha da burulmuş zərif dalğalar seksual görünüşünüzü tamamlamaq üçün ideal vasitə ola bilər.

4. Spreylə forma verilən saçlar

Duzlu sudan sonra saçınıza forma verən spreylər sıxmaqla onların istədiyiniz görünüşdə qalmasına kömək edə bilərsiniz.

5. Bandanalar

 Nostalji havası ilə retro bir görünüş yaradan bandanalar çimərlikdə diqqəti cəlb etmək istəyənlər üçün ideal seçimdir.

6. Saç aksessuarları

Müxtəlif saç aksessuarları ilə dağınıq saçlarınıza daha səliqə forma verə bilərsiniz.

7. At quyruğu

Saçlarınızla nə yaş, nə də quru olduğu zaman məşğul olmaq istəmirsinizsə, at quyruğu formasında toplayaraq buna nail ola bilərsiniz.