"Survivor"a qatıldığım üçün peşmanam"

"Survivor"a qatıldığım üçün peşmanam"
8801 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor-2017" yarışmasına qatılan Sərhat Akın açıqlaması ilə təəccübləndirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, peşman olduğunu deyib:

"Survivor"a getdiyim üçün məni çox qınadılar. Bel çantamı aldım, getdim. Heç nə olduğunu bilmirdim. Amma bu qədər çətin olacağını,  kürəyimdən vurulacağımı da düşünməzdim. "Survivor" şərhçisi Hakan Hatipoğlu 5 ay məni müzakirə edib. Mənə şərəfsiz desin, amma iki uşağım var, həyat yoldaşım və onlar təhqir olunmasın. Mənim xanımım iştirakçı deyil. Köhnə yarışmaçı Duyğu Çətinkaya kimdir ki, uşağımın türkcə bilmədiyini deyir. Bunlar məni çox yaraladı".

"Survivor"dan ona zərər gəldiyini deyən S.Akın "Ailəmə çox zərər verdi. Uşağı olmayan, kimi, kimsəsi bəlli olmayan biri mənim uşağıma "türkcə bilmir" deyə bilməz. Uşaqlarıma rusca, italyanca, fransızca öyrədərəm, kimə nə?!"