Bu içkilərdən için, daha yaxşı qaralın - reseptlər

Bu içkilərdən için, daha yaxşı qaralın - reseptlər
1918 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli dietoloq Emre Uzun daha sağlam və yaxşı qaralmaq üçün maraqlı reseptlər hazırlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A, E, C vitamini və tirozin tərkibli qidalara üstünlük verən dietoloq bu içkilərin olduqca faydalı olduğunu bildirib:

1. 3 ədəd ərik, 1 ədəd kök, 2 ədəd xiyar və 1 ədəd şaftalı

2. 1 dilim qarpız, 1 ədəd yaşıl alma, 1 dəstə cəfəri, 2 ədəd pomidor.

3. 1 dilim yemiş, 1 ədəd kivi, yarım avokado, 1 dəstə cəfəri

4. 3 ədəd ərik, yarım manqo, bir çimdik toz zəncəfil, 3 ədəd xiyar

Bu meyvələri şirəçəkən maşından keçirdikdən sonra soyuducuya  qoyun. Günəş vannası qəbul edərkən bu içkilərdən yaralanmağınız daha qalıcı və gözəl tonlu qaralmağınıza köməkçi olacaq.