"Selena"nın Leylası nişanlandı - fotolar

"Selena"nın Leylası nişanlandı - fotolar
5665 dəfə oxunub
  • A-
  • A
  • A+
2005-ci ildə rol aldığı “Sihirli annem” serialından sonra “Selena”da Leyla obrazını canlandıran gənc aktrisa Gizem Güven nişanlanıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa futbolçu Caner Turpla evlilik yolunda ilk addımı atıb. Nişan fotolarını sosial şəbəkədə paylaşan Gizem “Xoşbəxt sonsuzluq üçün ilk sözümüzü verdik” şərhini yazıb.
 
Qeyd edək ki, Gizem Güven 1994-cü ildə anadan olub. O, ilk dəfə “Təmiz ailə təmiz gələcək” serialında çəkilib. Daha sonra reklam təklifləri alan Gizem “Sihirli annem”də Ceren, “Selena”da Leyla obrazlarını canlandırıb.