"Bülent Ersoyun saqqallı fotosunu paylaşardım"

"Bülent Ersoyun saqqallı fotosunu paylaşardım"
12655 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Bülent Ersoy tərəfindən məhkəməyə verilən sənətçi Onur Akay bir telekanalda canlı yayıma zəng vurub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, yaydığı fotoların ondan əvvəl bir proqramda yayımlandığını bildirib.  Lakin daha sonradan dediyi bir cümlə onu yenidən çətin vəziyyətə salıb:

"Mən Bülent xanımı çox sevirəm və ayaq basdığı yeri öpərəm. O, bir "Diva"dır və ekranda çıxan fotosu sosial mediada paylaşıla bilər. Mən onu sevməyən biri olsam, əlimdə saqqallı halda fotosu var, onu da paylaşardım".