Ayazla Səbinə arasında mahnı qalmaqalı: "Mənimki daha uğurludur"

Ayazla Səbinə arasında mahnı qalmaqalı: "Mənimki daha uğurludur"
1330 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayaz Qasımovla “Eurovision” təmsilçimiz Səbinə Babayeva “Can ay can” mahnısına görə üz-üzə gəliblər.

Axşam.az-ın məlumatına görə, Səbinə daha əvvəl bu mahnını Ayazın ifasında eşitmədiyini deyib. Qarşı tərəfin cavabı isə gecikməyib. Ayaz “ATV Maqazin 10-larla”ya açıqlamasında mahnını Səbinənin ifasında bəyənmədiyini söyləyib:
 
“Hesab edirəm ki, bizim aranjiman və sözlər daha uğurludur. Səbinə məndən inciməsin. Sözləri Murad Arif yazmışdı, aranjimanı isə Cin etmişdi. O mahnını daha əvvəl Manana xanım tamam başqa sözlərlə və fərqli ritmdə oxumuşdu. Mənim ifa etdiyim mahnının sözləri isə başqadır. Səbinə xanıma da uğurlar arzulayıram”.