Bu da Rafet El Romanın azərbaycanlı qızla çəkildiyi klip

Bu da Rafet El Romanın azərbaycanlı qızla çəkildiyi klip
3505 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rafet El Roman azərbaycanlı model Dilbər Mahmudovanın da çəkildiyi yeni klipini təqdim edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçının "Mecnun" albomunda yer alan "En güzel şey yaşamak" mahnısına çəkilən klip bu gün yayımlanıb. Klipin rejissoru Rafetin özüdür.

Qeyd edək ki, bir müddət əvvəl Dilbər və Rafetin hovuzda fotoları yayılmış, Rafet isə həmin fotoların klip çəkilişindən olduğunu demişdi. Maraqlıdır ki, klipdə həmin görüntülərə yer verilməyib.