"Kənan kimi həyat yoldaşı barmaqla göstəriləsi qədərdir"

"Kənan kimi həyat yoldaşı barmaqla göstəriləsi qədərdir"
11835 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Aygün Mahmudova səhnəyə qayıdır.
 
Axşam.az-ın məlumatına görə, ifaçı “Xəzər maqazin”ə açıqlamasında hər gün efirə çıxan həmkarlarına da söz atıb:

“Artıq sənət göstərməyin vaxtıdır. 3 uşaq anasıyam. Həm sənət, həm ailə bir az çətindir. Qızım körpə idi. İndi şükür ki, 2 yaşına az qalıb və mən işlərimə başlamışam. Heç vaxt şou-biznesdə baş verən qalmaqallara baş qoşmaram. İstəyərəm ki, tamaşaçı hər dəfə məni görəndə həsrətlə “Aygün” deyib sevinsin. Daha deməsin ki, “hansı kanalı açırıq Aygündür, bezmişik daha”. Şəxsən məni bezdirən, gözümü yoran o qədər müğənnilər var. Onları yerlərində otuzdurmaq lazımdır, görsünlər ki, artıq sənət nümayiş etdirməyin zamanıdır”.

Aygün qalmqallardan uzaq dura bilməyən rejissor həyat yoldaşı Kənan M.M.-dən də danışıb:

“Kənan evdə elə biri deyil. O, ata kimi, həyat yoldaşı kimi o qədər gözəl insandır. Mən and içə bilərəm ki, Azərbaycanda belə ailələr çox azdır. Onun kimi həyat yoldaşı barmaqla göstəriləsi qədərdir”.