Nikolas Keyc qazaxların milli geyimində - fotolar

Nikolas Keyc qazaxların milli geyimində - fotolar
1033 dəfə oxunub
  • A-
  • A
  • A+
53 yaşlı Hollivud ulduzu Nikolas Keyc Qazaxıstanın paytaxtı Astanadadır.
 
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, aktyor kino sənayesində fəaliyyətə başlamağa hazırlaşan tələbələrlə görüşüb. Qazaxıstanın xalq artisti, skripkaçı Ayman Musaxocayeva ilə görüşə gələn Nikolas qazaxların milli geyimində olub. Keycin çapan geyinməsi sosial şəbəkədə müzakirə mövzusu olub.
 
İzləyicilər görüş keçirilən binaya kostyumda gələn Nikolasın hansı arada çapanı əyninə alması ilə bağlı müxtəlif fikirlər səsləndirib. Onların əksəriyyəti Hollivud ulduzunun milli libası liftdə geyindiyini iddia edib.