"Onlara şahzadə Diananın kim olduğunu mən öyrədirəm"

"Onlara şahzadə Diananın kim olduğunu mən öyrədirəm"
1717 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyasını dəyişmiş Uels şahzadəsi Diana haqqında çəkilmiş “Diana, bizim anamız” sənədli filmi bu gündən etibarən Britaniya telekanallarında yayımlanır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Diananın həyatı haqqında dolğun məlumatların yer aldığı filmdə oğlanları, hazırkı Britaniya şahzadəsi Uilyam və Harri rol alıb.
Şahzadə Uilyam övladlarına anası haqqında hər zaman danışdığını bildirib:
“Corc və Şarlotta nənələrini görə bilməyiblər. Amma biz hər zaman onun haqqında danışırıq. Keyt Middlton üçün bu, çətin olduğu üçün onlara nənələrinin kim olduğunu mən öyrədirəm”.
Qeyd edək ki, Diana 1997-ci il avqustun 31-də Parisdə avtoqəzaya düşərək həlak olub.