Gülnarə Xəlilovadan yeni kitab

Gülnarə Xəlilovadan yeni kitab
716 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb.

Axşam.az-ın məlumatına görə, kitabda tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir.

Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi isə sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevadır.

Qeyd edək ki, bu, G. Xəlilovanın sayca üçüncü kitabıdır. Daha əvvəl G. Xəlilovanın  tanınmış alim Vidadi Xəlilova həsr olunmuş “Ata Məhəbbəti, Ata İstəyiylə” adlı kitabı və Azərbaycan milli geyiminin Avropada təbliğatına dair kataloqu çap olunub.