Lamiyyə Ələkbərqızı “Lider”dən getdi

Lamiyyə Ələkbərqızı “Lider”dən getdi
4167 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Lamiyyə Ələkbərqızının uzun illərdir çalışdığı “Lider” telekanalı ilə yollarını ayırdığı xəbəri yayılıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sözügedən telekanalda həm də direktor müavini kimi fəaliyyət göstərən aparıcı artıq ərizəsini də yazıb. 

Aparıcı ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab vermədi. Onun hazırda məzuniyyətdə olduğunu öyrəndik. Bəzi mənbələr isə L.Ələkbərqızının çəkilişlərdə olduğunu söyləyib.

Qeyd edək ki, telekanalın rəhbəri Ədalət Əliyev sosial şəbəkədə etdiyi paylaşımla hər kəsi təəccübləndirib. O, İnstaqramda “Lider” telekanalı adından açılan saxta profillərə qarşı mübarizə apardıqlarını vurğulayıb. Ə.Əliyev rəsmi İnstaqram səhifələrini paylaşaraq “Saxta profillərə abunə olmayın. Onlara qarşı istintaq işi açılıb" sözlərini yazıb.

Xatırladaq ki, L.Ələkbərqızı əvvəl AzTV-də fəaliyyət göstərib. 11 ildir "Lider" telekanalında çalışır.

****

Lider TV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, kanalın daxili işidir:

“İşçi qəbulu və ya hansısa işçinin işdən azad edilməsi məsələsi Lider TV-nin daxili işidir. Bir işçisinin hansı səbəbdən işdən çıxarılması və ya işə götürülməsiylə bağlı hesabat və ya açıqlama verməyi düşünmürük”.