"Space TV"də saçyoldu - aparıcı ilə rejissor dalaşdı

"Space TV"də saçyoldu -  aparıcı ilə rejissor dalaşdı
9449 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "Space TV"də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.

Axşam.az bizimyol.info-ya istinadən xəbər verir ki, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağrılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

Məsələ ilə bağlı telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlanılıb. Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.

Azxeber.com-a danışan Günel Mövsümova saçyolduya çıxması xəbərlərinə aydınlıq gətirib. O hazırda məzuniyyətdə olduğunu bildirib:

"Bu cür hadisə yaşanmayıb. Mənim haqqımda əsassız danışırlar. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi də işə çıxacam".