İranlı aparıcının tətil fotosu ölkəni bir-birinə qatdı

İranlı aparıcının tətil fotosu ölkəni bir-birinə qatdı
21846 dəfə oxunub
  • A-
  • A
  • A+
İranın dövlət televiziyasının aparıcısı Azadə Namdarinin tətil fotosu ölkədə mübahisələrə səbəb olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, başı açıq olan aparıcı pivə içərkən görüntülənib. Bu isə ölkədə sərt reaksiya ilə qarşılanıb. Namdari ikiüzlü olmaqda ittiham edilib. Lakin Azadənin cavabı da gecikməyib.
 
O, ailəsi ilə birlikdə oturduğu üçün başını açmasının normal və rahat davranışının başadüşülən olduğunu deyib.
 
Xatırladaq ki, Azadə Namdari daha əvvəl mühafizəkar mövqeli jurnallardan birinə müsahibəsində “Allaha şükür ki, hicablıyam” açıqlamasını vermişdi.