"Övlad istəyirəm" - Günay

"Övlad istəyirəm" -  Günay
5726 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli “Nəsib olsa” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi yaradıcılıq yeniliklərindən danışıb. Günay bildirib ki, payızda solo konsert verməyi planlaşdırır.

İfaçı “Günayın bir qadın kimi ən böyük arzusu nədir” sualına belə cavab verib:

“Hər bir xanım kimi arzularım var, tükənməzdir. Bir çoxu gerçəkləşib. Hansısa nailiyyətlər qazanmışam. Gələcəkdəki arzum isə... Biznes qurmaq istəyirəm. Moda evi, butik ola bilər. Hansısa bir məşhur brendi Bakıya gətirə bilərəm.

Bir də gözəl ailə qurmaq və övladlarım olsun istəyirəm".