ARB TV-nin çəkiliş qrupuna hücum etdilər - video

ARB TV-nin çəkiliş qrupuna hücum etdilər - video
1715 dəfə oxunub
  • A-
  • A
  • A+

Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.

Axşam.az ARB TV-yə istinadən xəbər verir ki, 4-cü mərtəbədə baş verən yanğın səbəbindən xəstəxananın həkim heyəti və xəstələr təxliyyə olunublar.

Onlar Ağdaş, Mingəçevir və Gəncədəki tibb müəssisələrinə köçürülüblər.

Hadisə yerinə gələn və yanğını işıqlandıran ARB TV-nin çəkiliş qrupuna özlərini xəstəxananın əməkdaşları adlandıran şəxslər hücum ediblər.

Telekanal əməkdaşlarına zor tətbiq edərək, çəkilişə mane omağa çalışaraq, texniki avadanlıqlara da zərər yetiriblər.