Şahzadənin xanımı 1 geyiminə nə qədər pul xərcləyir?

Şahzadənin xanımı 1 geyiminə nə qədər pul xərcləyir?
3659 dəfə oxunub
  • A-
  • A
  • A+

Kembric hersoginyası Keyt Middlton dəbli geyimləri ilə də diqqət mərkəzindədir.

Axşam.az xəbər verir ki, Rusiya mətbuatı bu günlərdə Keytin görünüşünə nə qədər pul xərclədiyini açıqlayıb.

Don — 2595 dollar

"Dolce&Gabbana"dan olan bu libas Middltonun daha da dəbli görünüş almasına kömək edib.

Çanta — 1500 dollar

"Victoria Beckham" brendinə aid olan çanta zərif rəng çalarları və forması ilə seçilir.

Ayaqqabı — 66 dollar

"Office" Britaniya istehsalı olan ayaqqabılar baha olmamasına baxmayaraq, Keytin obrazını tamamlaya bilib.