Prezidentin öldüyü deyilən qızı haqda həbs qərarı çıxdı

Prezidentin öldüyü deyilən qızı haqda həbs qərarı çıxdı
1803 dəfə oxunub
  • A-
  • A
  • A+
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova haqda məhkəmə həbs qərarı çıxarıb.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, prezidentin qızı Özbəkistanın Cinayət Məcəlləsinin 6 maddəsi üzrə ittiham olunur. Onun cinayətkar dəstə ilə əlbir olaraq ölkədən külli miqdarda pulu xaricə apardığı deyilir.

Qeyd edək ki, Gülnarə Kərimova 2013-cü ildən ev dustağıdır. 2016-cı ildə onun zəhərlənərək öldrülməsi və gizlicə dəfn olunması ilə bağlı xəbərlər yayılmışdı. Gülnarənin taleyindən həmin ildən heç bir xəbər yox idi.