"Üç uşaqla necə gedim?" - Xuraman

"Üç uşaqla necə gedim?" -  Xuraman
5625 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xuraman Şuşalı bu il istirahət edə bilməyəcəyindən şikayətlənib.

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, işlərinin çoxluğuna görə heç yerə gedə bilmir:

“İstirahətə çox önəm verən biriyəm. Amma bu il gedə bilmirəm. İşlərim çoxdur. Toylarla bağlı bölgələrimizə gedirəm, bunu istirahət adlandırmaq olmaz. Normal qrafikim olmadığı üçün istirahətə vaxt ayırmaqda çətinlik çəkirəm. Artıq neçə ildir ki, mən yoldaşımla xaricdə dincələ bilmirik. Uşaqlarımız balacadır, onları nə apara, nə də burada tək qoya bilirik. Üç uşaqla necə xaricə gedim? Hər il bölgələrə yollanırdıq. Bu il onu da edə bilmirəm".