Onurdan Tubaya zərbə: qızlarını alacaq

Onurdan Tubaya zərbə: qızlarını alacaq
5975 dəfə oxunub
  • A-
  • A
  • A+
2011-ci ildə aktrisa Tuba Büyüküstünlə evlənən və bu ilin iyununda boşanan aktyor Onur Saylak məhkəməyə müraciət etməyə hazırlaşır.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor əkiz qızları Maya və Toprakı Tubadan almaq üçün iddia ərizəsi yazıb. Saylakın valideynlik hüququnun ona verilməsi ilə bağlı müraciət edəcəyi deyilir.

Xatırladaq ki, Onur Saylak hazırda qızları ilə tətildədir. Tuba Büyüküstün isə iş adamı sevgilisi Umut Evirgenlə birlikdə dincəlir.