Namaz qılarkən şəklini paylaşan aktrisanı biabır etdilər

Namaz qılarkən şəklini paylaşan aktrisanı biabır etdilər
3681 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Yeliz Yeşilmen qızı Asya ilə birlikdə namaz qılarkən çəkilmiş fotosunu paylaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, şəklə “Qüsulumuzu alıb 2 rükət namaz qıldıq və hər zaman olduğu kimi uca Yaradana sığındıq” sözlərini yazıb. Lakin Yelizin diqqətindən yayınan bir məsələ istifadəçilərin dilinə düşüb.
 
Belə ki, dırnaq boyasını silməyi unudan Yeşilmen izləyicilərin sərt tənqidi ilə üzləşib. Ona “Qüsul boyalı dırnaqla alınmır”, “Biri ona qüsul alarkən dırnaqdakı boyanın silindiyini başa salsın” kimi şərhlər yazılıb.

Yeliz daha sonra fotonun şərh bölməsini bağlayıb.