"Niyamın evinə qonaq getdim, ac qaldım" - Günay

"Niyamın evinə qonaq getdim, ac qaldım" -  Günay
7361 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli “Hər şey daxil” verilişinin "Əlimin duzu" rubrikasının qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi mətbəxə keçərək yemək hazırlayıb.

G.İbrahimli həmkarı Niyam Salami ilə bağlı etiraf edib. O, ifaçının hazırladığı yeməyi bəyənmədiyini söyləyib:

“Bir dəfə Niyam Salami evinə qonaq çağırdı ki, plov bişirəcəm. Niyam qəşəng yeməklər bişirir, aşpazdır. Amma yəqin mənim zövqümcə deyil. Ac getdim, dostlarımı da özümlə apardım. Gözləyirik ki, aş gələcək. Sən demə, aşı qaşqaldaqla bişirib. Mənim ən nifrət etdiyim yeməkdir. Dadı düyüyə keçmişdi, yeyə bilmədim. Həmin günü ac qaldım”.