Bu da oldu - kişi uşaq doğdu+fotolar

Bu da oldu - kişi uşaq doğdu+fotolar
18093 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın Oregan ştatında qəribə hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 34 yaşlı Tristan Riz adlı homoseksual ilk övladını dünyaya gətirib.

2011-ci ildən Biff Çaplov ilə evli olan Tristan əslində qız olaraq dünyaya gəlib. Lakin gənc yaşlarında cinsini dəyişdirərək oğlan olub. Bəzi əməliyyatlar və testosteron müalicəsi ilə o, demək olar ki, görünüşcə tamamilə kişiyə çevrilib.

Cütlük evləndikdən sonra iki uşağı övladlığa götürüb.

Tristan cinsiyyətini dəyişdirsə də, özü uşaq sahibi olmaq istəyib. Uşaqlığını saxlayan "kişi" ötən il hamilə qalıb, lakin 6 həftəlik uşağını itirib. Rizin kişilik hormonlarını artırmaq məqsədi ilə qəbul etdiyi dərmanlar onun hamilə qalma şansını sıfıra endirib. Lakin gözlənilmədən o, yenidən hamilə qalıb.

Cəmiyyətin reaksiyasından qorxan cütlük aylarla bu xəbəri gizli saxlayıb. O, çölə çıxanda böyüyən qarnını enli geyimlərlə örtüb.

Lakin hamiləliyinin son aylarında Riz artıq bunu gizlətməyib və hətta həyat yoldaşı ilə çəkilmiş şəkilləri sosial media hesabında yerləşdirib.