Bəstəkar millət vəkilinin sözlərinə altıncı mahnısını yazdı - audio

Bəstəkar millət vəkilinin sözlərinə altıncı mahnısını yazdı -  audio
2565 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızının millət vəkili Qənirə Paşayeva ilə işbirliyi davam edir.

Axşam.az xəbər verir ki, bəstəkarın Q.Paşayevanın sözlərinə bəstələdiyi "Aradım" adlı mahnını müğənni Şəbnəm ifa edib.

"Sevinirəm ki, mahnı çox sevildi. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 6-cı mahnıdır. Hələ davamı da var. Millət vəkilimizə, ifaçı Şəbnəmə və aranjımançı Osman bəyə öz təşəkkürlərimi bildirirəm" - deyə o vurğulayıb.