"Namiqlə nişanlı olmağımız xəbəri yalandır"

"Namiqlə nişanlı olmağımız xəbəri yalandır"
6989 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən bəzi internet saytlarında meyxanaçı Namiq Qaraçuxurlunun "Toy gecəsi" serialında tərəf müqabili olan aktrisa Dəniz Tacəddinlə nişanlı olması haqda xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, yayılan informasiya gənc aktrisanı özündən çıxarıb.

O, saytımıza açıqlamasında bu xəbərlərin şayiə olduğunu və təəssüf hissi keçirdiyini deyib:

"Mən aktrisalığımı reklama, qalmaqala çevirmək istəmirəm. Piarla məşğul olmaq fikrim yoxdur. Biz Namiqlə serialda tərəf müqabiliyik. Aramızda qarşılıqlı hörmət var. Heç də xoş informasiya deyildi. Olmayan bir hadisəni şişirtmək lazımsızdır. İnsanların məni bu cür ucuz reklamla yox, serialdakı obrazıma, bacarığıma görə tanımasını istəyirəm”.

Qeyd edək ki, Dəniz serialda Səbinə obrazını canlandırır.