15 yaşlı Bakı gözəli Rusiyada fotosessiya etdirib

15 yaşlı Bakı gözəli Rusiyada fotosessiya etdirib
4246 dəfə oxunub
  • A-
  • A
  • A+

15 yaşlı Bakı gözəli Arzu Hüseynzadə yeni fotosessiya etdirib.

Axşam.az xəbər verir ki, çəkilişlər Rusiyanın Sankt-Peterburq şəhərində aparılıb.

Fotoqraf Ksyuşa Kibiryevanın obyektivi qarşısına keçən Arzu müxtəlif obrazlarda pozlar verib. Əsasən əcnəbi modellərlə çalışan Kseyanın budəfəki seçimi Arzu olub. O, bu şəkilləri xarici model agentiklərinə göndərməyi planlaşdırır.

Qeyd edək ki, Arzu iyunda keçirilən "Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsində "Miss Baku" tituluna layiq görülüb. Gənc model bütün rəqiblərini üstələyərək Bakının ən gözəl qızı seçilib. Arzu bildirib ki, modellik barədə xüsusi dərslər alır:

"İnternet vasitəsilə bilgimi çoxaltmağa çalışıram. Bacardığım qədər bu işin peşəkarı olmaq istəyirəm. Çox istərdim ki, modellik bizdə də Avropadakı kimi inkişaf etsin və insanlar model sahəsinə daha təbii yanaşsınlar. Standartlardan bir az uzaq olub, öz tərzlərini yaratsınlar".