Azərbaycanlı model: “50 min versələr, pornoya da çəkilərəm”

Azərbaycanlı model: “50 min versələr, pornoya da çəkilərəm”
3554 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı model Zülfü Hacıyev Türkiyənin məşhur “Damanagement” model agentliyindən dəvət alıb.

Axşam.az xəbər verir ki, bundan əlavə ona türkiyəli aktrisa Nurgül Yeşilçayla eyni serialda iştirak etmək təklif olunub.

Hələ ki, vücudu üzərində işlədiyini deyən model tezliklə Türkiyəyə yola düşəcək. Azər Atakişiyevlə olan münasibətindən də söz açan Zülfü həmkarının onun ünvanına söylədiyi sözlərə cavab verib:

“Azərlə mən eyni jurnal üçün fotosessiya etdirdik. Mən çılpaq şəkillər çəkdirdiyim halda o, mənə söz ataraq 1 milyon versələr də, heç vaxt belə fotolar yayımlamağı özünə yaraşdırmayacağını söylədi. Mən də demək istəyirəm ki, əgər insan bu peşə ilə məşğuldursa və modellikdən gəlir əldə edirsə, lazım olanda soyunmağı da bacarmalıdır. Mənə 50 min manat versələr, porno kinoya da çəkilərəm və bunu ayıb hesab etmirəm”.

A.Atakişiyevin soyunmaq istəməməsini onun kompleksləri ilə əlaqələndirən Zülfü bəzi məsələlərə də aydınlıq gətirib:

“Bəlkə də onun bədən ölçüləri yaxşı deyil. Elə soyunmaq istəməməsinin səbəbi də budur. Maraqlısı isə odur ki, Azər mənə dəvət gələn Türkiyənin model agentliyində işləmək üçün özü müraciət edib”.