Ancelina: “Ağlayıb səni utandırmayacağam” - Foto+Video

 Ancelina: “Ağlayıb səni utandırmayacağam” - Foto+Video
1404 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikada “Oskar” mükafatlarını təqdim edən Kino Sənətləri və Elmləri Akademiyası məşhur aktrisa Ancelina Colini “Jan Herşolt Şərəf Ordeni” ilə mükafatlandırıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ulduzu bu özəl gecədə həyat yoldaşı Bred Pitt və oğlu Meddoks da tək qoymayıb.

Səhnədə mükafatını Corc Lukasdan alan Coli göz yaşlarını çətinliklə saxlaya bilib. Yardımsevərliyinə görə mükafata layiq görülən aktrisa səhnədən oğluna müraciət edib:

“Söz verirəm ki, ağlamayacağam. Səni utandırmayacağam. Sən və qardaşların mənim xoşbəxtliyimsiniz və ananız olmaqdan daha böyük şərəf yoxdur”.