Bakıda 28 yaşlı qız icra başçısının müavini oldu - foto

Bakıda 28 yaşlı qız icra başçısının müavini oldu - foto
38027 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabunçu rayon icra başçısına yeni müavin təyin olunub.
 
Axşam.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, yeni müavin Fərəcova Rəna Möhübbət qızıdır.

O, 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura, 2013-cü ildə isə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən isə Azərbaycan Dillər Universitetinin German dilləri ixtisası üzrə dissertantıdır. 2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyətə başlayıb.

2016-cı ilin sentyabr ayında Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin olunub. 2016-cı ilin noyabr ayında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsinə təyin olunub.

28.07.2017-ci il tarixində isə Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Humanitar və ictimai-siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.