Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yeralaş” adlı əyləncəli konsert proqramı təqdim ediləcək.

Axşam.az "Azərtac"a istinadən xəbər verir ki, konsertdə tamaşaçıları “Yeralaş”ın yaradıcısı Boris Qraçevski ilə interaktiv görüş gözləyir. Parlaq şou, şən zarafatlar, xoş sürprizlər, tamaşaçılarla oyunlar, “Yeralaş” kinojurnalının çəkilişləri zamanı baş vermiş hadisələrin xatırlanması, kinojurnalın yeni bölümlərinin nümayişi, həmçinin foyedə cizgi filmlərinin qəhrəmanları ilə pulsuz fotoçəkiliş həm uşaqlar, həm də valideynlər üçün maraqlı olacaq.

Biletləri şəhərin bütün kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.