Dünyanın ən yaşlı kişisi vəfat etdi

Dünyanın ən yaşlı kişisi vəfat etdi
2753 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən yaşlı kişisi İsrael Kristal vəfat edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə İsraelin qızı Çulamit Kristal bildirib.

Qeyd edək ki, 1903-cü ildə Polşada anadan olan İ.Kristal 1950-ci ildə İsrailə köçüb. O, İkinci Dünya müharibəsi zamanı Holokostun dəhşətlərini yaşayıb, iki uşağı və birinci həyat yoldaşı qətlə yetirilib.

İsrael yaşasaydı sentyabrın 15-də 114 yaşına qədəm qoyacaqdı.

Xatırladaq ki, Kristal 2016-ci ildə dünyanın ən yaşlı kişisi kimi  “Ginnesin rekordlar kitabı”na düşüb.