Müğənni Roza Zərgərlinin "Hər gün" adlı solo konseti baş tutub.

Axşam.az-ın məlumatına görə, "Mambo beach" istirahət mərkəzində keçirilən konsertdə sənətçi üç dəfə libas dəyişib. Roza ifaları, rəqsi ilə yanaşı qısa, transparan və sinə dekolteli paltarları ilə də diqqət çəkib.

Gecədə R.Zərgərli ilə yanaşı səhnəyə müğənnilər Samira Allahverdi, Niyam Salami, reper Elşad Xose və başqaları da çıxıb.

Rozanı izləməyə gələnlər arasında şou-biznes nümayəndələri də yer alıblar. Konsertin təşkilatı dəstəyi "production Replay MMC" olub.

Foto: Ramin ASLANOV