Natiqlə Murad arasında qalmaqal - fotolar

Natiqlə Murad arasında qalmaqal -  fotolar
3401 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin aparıcısı Natiq Nailəoğlu ilə bəstəkar-müğənni Murad Arif arasında xoşagəlməz mübahisə yaranıb.

Axşam.az-ın məlumatına görə, Natiq, sosial şəbəkədə yeni verilişi üçün araşdırma apardığı barədə status yazaraq, şou-biznes əhlini qınayıb:

“Maraqlı bir faktı deyim. Bütün günü efirdən yığışmayan müğənnilərimiz var ki, mahnıları və ya kliplərinin izlənməsi 5-6 milyonu keçmir. Məsələn, Röya Soner Sarıkabadayı ilə klip çəkdirir, duet oxuyur. Baxış sayı 4 milyondur. Aygün Kazımovanın sərvət xərclədiyi "Coffee from Colombia" heç 1 milyon olmayıb. Bəzilərinin ara musiqiçisi adlandırdığı Talıb Tale, Damla, Şəbnəm Tovuzlunun klipi və mahnıları 10 milyonu keçir. Üzeyir Mehdizadəni demirəm hələ... Bilmirsən indi nə düşünəsən, nə nəticəyə gələsən”.

M.Arif məsələyə münasibət bildirərək, Natiqin fikirlərinə etiraz edib.