Valeriy Meladzenin Bakı konsertindən fotolar

 Valeriy Meladzenin Bakı konsertindən fotolar
1164 dəfə oxunub
  • A-
  • A
  • A+

 Bu gün Heydər Əliyev Sarayında Rusiyanın əməkdar artisti, məşhur müğənni Valeriy Meladzenin “Məhəbbət haqqında 20 əhvalat” adlı solo konserti keçirilib.

Axşam.az xəbər verir ki, səhnəyə təşrif buyuran müğənni ilk mahnısını ifa etdikdən sonra tamaşaçılarla azərbaycan dilində salamlaşıb.

Daha sonra ard-arda hit mahnılarını səsləndirən Meladze sevənlərinə unudulmaz gecə yaşadıb.

Konsertin əvvəlində daha çox ritmik mahnılara yer verən Valeriy tamaşaçılarla da sıx ünsiyyət qurub. Arxa fonda iri ekranda isə müğənninin oxuduğu mahnıların klipləri nümayiş olunub. İfaçı “Ya ne moqu bez tebya” adlı lirik bəstəni ifa edərkən tamaşaçılar da onu müşayiət edib və mahnı bitdikdən sonra bütün zal dayanmadan sənətçini alqışlayıb.

Xatırladaq ki, müğənni Valeriy Meladze bu il səhnə fəaliyyətinin 20 illiyini qeyd edir.
 
Çinarə

Foto: Rəşad Abbasov