Tom Kruz ayağını sındırdı - foto

Tom Kruz ayağını sındırdı - foto
1288 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Tom Kruz “Vəzifəmiz təhlükə” filminin 6-cı hissəsinin çəkilişləri zamanı bədbəxt hadisə ilə üzləşib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, filmdə dublyordan istifadə etməyən aktyor çəkiliş zamanı binalardan birinin damından qarşıdakı binaya tullanmalı olub.
 
Lakin Tom hədəfini düzgün seçmədiyindən divara çırpılıb. Bu zaman Kruzun ayağının iki yerdən sındığı bildirilir.

Müalicə üçün xəstəxanaya aparılan 55 yaşlı aktyorun yarasının bir neçə aya sağalacağı deyilir.