Ən çox qazanan kimdir? - fotolar

Ən çox qazanan kimdir? - fotolar
1900 dəfə oxunub
  • A-
  • A
  • A+

“Forbes” jurnalı ilin ən çox qazanan aktrisaların adını açıqlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, reytinqin birincisi britaniyalı aktrisa Emma Stoun olub. O, son 12 ay ərzində 26 milyon dollaq gəlir qazanıb.

Reytinqdə 2-ci yerdə "Dostlar" teleserialının ulduzu, amerikalı aktrisa Cennifer Eniston qərarlaşıb. Onun son 12 ayda qazancı 25,5 milyon dollar dəyərindədir.
 
3-cü pillədə "Ac oyunlar" filminin əsas qəhrəmanı Cennifer Lourens (24 milyon dollarla), 4-cü yerdə  aktrisa Melissa Makkarti (18 milyon dollarla) və 5-ci yerdə Mila Kunis (15,5 milyon dollarla) bərqərar olublar.