"3 dəfə uşağımı itirdim"

"3 dəfə uşağımı itirdim"
4517 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa və yazıçı İclal Aydın “Canlı masa” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, rejissor Efe Kubilayla evli olan aparıcı şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib:

“Efe ilə uşağımız olsun istəyirik. Hamilə qala bilirəm. 3 ildir, 3 dəfə qaldım, amma 12-ci həftəmdə uşaqlarımı itirdim. Həkimim süni mayalanmanı məsləhət görür, ancaq mən təbii yolla hamilə qalmaq istəyirəm. Çünki süni mayalanma risklidir və o hələlik o günahı almaq istəmirəm”.

Göz yaşlarını saxlaya bilməyən İclal “Həyat yoldaşımın heç vaxt uşağı olmayıb. Bu səbəbdən övladımızın dünyaya gəlməsini çox istəyirik” deyib.

Qeyd edək ki, İ.Aydın 4 dəfə ailə qurub. Onun ikinci evliliyindən Lal adlı bir qızı var.