Yaşasaydı 74 yaşı olacaqdı

Yaşasaydı 74 yaşı olacaqdı
4105 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti İlhamə Quliyevanın ad günüdür. 

Axşam.az-ın məlumatına görə, mərhum müğənninin 74 yaşı tamam olur. 

İ.Quliyeva 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İ.Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən ifaçının evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişib.