"Cibi dolub, mənəviyyatı boşalıb" - Günay

"Cibi dolub, mənəviyyatı boşalıb" -  Günay
1785 dəfə oxunub
  • A-
  • A
  • A+

“Siz elə bilirsiniz ki, səhnədəkilər aktrisadır? Bəzi insanların yanında qətiyyən. Bəzən elə hadisələrin şahidi olursan ki, qəhrəmana baxıb "əhsən" deyirsən. “Sənin yerin səhnəlik imiş” demək keçir könlündən”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Günay Firudinqızı İnstaqram səhifəsində yazıb.

O, saxta dostluqlardan şikayətlənib:

“Susursan, yaşından utanırsan, “ayıbdır” deyib, özünü boğursan. Qarşındakı isə səni tamaşaçı bilib rolunu daha da məharətlə canlandırır. Kimlərəsə xoş görünmək üçün başqasını baltalayırlar. Guya, səninlə arası yoxmuş kimi şou sərgiləyirlər. Onda da təəccüblənirsən: Allahım, uzun illərdir burnumdan girib ağzımdan çıxan bu deyildimi? İndi nə oldu? Demək ki, cibi dolub, mənəviyyatı boşalıb. Pul gəlmiş, papaq getmiş. Paxıllıq gəlmiş, sevgi itmiş... Eləsini görəndə onu sakitcə "qara siyahıya" atmaq lazımdır. Həyatında izi-tozu da qalmasın”.