"Tarix belə pis geyim görməmişdi" - müğənni tənqid olundu

"Tarix belə pis geyim görməmişdi" - müğənni tənqid olundu
8789 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da yayımlanan “America's Got Talent” yarışmasının münsiflərindən olan müğənni Melaniya Braun (Mel Bi) verilişin yeni mövsümdəki ilk bölümündə geyimi ilə hər kəsi təəccübləndirib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, “Spice Girls”ün keçmiş üzvü gecə üçün şəffaf göy libas seçimi edib. Melin bu paltarı sevənləri tərəfindən sərt tənqid olunub.

Sosial şəbəkədə “Bu paltarı hardan tapmısan?”, “Bunu niyə elədin?”, “Tarix belə pis libas görməmişdi” şərhləri ilə müğənni tənqid atəşinə tutulub. Başının bir hissəsini keçəl etdirən Melin arıqlaması da diqqətdən qaçmayıb.
 
Qeyd edək ki, əri Stefan Belafonte tərəfindən aldadılan Mel boşanma ərəfəsindədir.