Aktrisadan xərçəng olması xəbərinə münasibət: "Qurtarıb"

Aktrisadan xərçəng olması xəbərinə münasibət: "Qurtarıb"
1590 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yeşilçam” ulduzu Selma Güneri xərçəng olması xəbəri haqda açıqlama verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa hazırda səhhətinin normal olduğunu, heç bir xəstəliyi olmadığını deyib:

“Bir il əvvəl keçirdiyim xəstəlik yeni xəbər kimi yayılıb. Sinəmdən kiçik şiş götürüldü və qısamüddətli müalicədən sonra xəstəliyim qurtardı. Bu yaxınlarda yeni filmlə ekranlara gələcəyəm”.

Selma keçmiş həyat yoldaşı Yusuf Sezginlə aralarının pis olması xəbərindən də danışıb:

“Yusuf bəylə heç vaxt küsülü olmamışıq. Həmişə tez-tez görüşürük. Belə bir şey müzakirə mövzusu ola bilməz”.