Sevdikləri Əminənin yas mərasimində göz yaşı tökdü - fotolar

Sevdikləri Əminənin yas mərasimində göz yaşı tökdü -  fotolar
47791 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Türkiyədə dünyasını dəyişən aktrisa Mila Əminənin ilk cümə axşamısı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa üçün Bakıda da yas mərasimi təşkil edilib.

Paytaxtın mərasim zallarından birincə baş tutan məclisə şou-biznes nümayəndələri qatılıb. Onlar arasında əməkdar artist Gövhər Rzayeva, rəqqasə Fatimə Fətəliyeva, müğənni Sevda Əliqızı, aktrisa Cəmilə Tağızadə yer alıblar. Məclisə çox az məşhurun gəlməsi diqqət çəkib.

Qeyd edək ki, 29 yaşlı Əminə meningit xəstəliyindən dünyasını dəyişib. Anası qızının ölmündə həkimləri günahlandırıb. O bildirib ki, Bakıda xəstəxanada Milanın belindən su çəkiblər. Ondan sonra qızın gözləri tutulub, halı pisləşib. Türkiyəyə aparılan aktrisa orada komaya düşüb. Anasının istəyi ilə Mila İstanbulda dəfn olunub.

Foto: Ramin ASLANOV